"Napoli"nin prezidenti Aurelio De Laurentis Xviça Kvaratsxeliyanın 2025-ci ilin yanvarında PSJ-yə transferinin detallarından danışıb. Sport24.az xəbər verir ki, o, bununla bağlı "RMC Sport"a açıqlama verib:

 

"Mən Kvaratsxeliyanı satmalı oldum. Çünki onun agenti futbolçuya təzminat ödənildikdən sonra klubla müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verən qaydaya istinad etməklə hədələdi.

 

Gürcünün "Napoli"də ilk fantastik mövsümdən sonra biz dərhal onun müqaviləsinin uzadılması üzərində işləməyə başladıq, çox ciddi maaş artımı təklif etdik. Məvacibinin çox aşağı olması ona qızıl dağlar vəd verən Avropanın yarısını cəlb edəcəyi açıq-aydın idi.

 

Amma bu kifayət deyildi. Onun agenti Mamuka Jugelinin özü və oyunçu üçün başqa planları var idi. O, başqa klubla özü üçün böyük komissiya və Xviça üçün isə biz verdiyimizdən iki dəfə artıq maaşa razılaşmışdı".

 

Qeyd edək ki, Kvaratsxeliyanın PSJ ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.