"Sportinq"in hücumçusu Konrad Harder karyerasını Fransada davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
20 yaşlı danimarkalının xidmətində "Milan" maraqlı olsa da, o, "Renn"i seçib. Fransa klubunun ilk təklifini Lissabon klubu rədd etsə də, sonda danışıqlar müsbət sonluqla yekunlaşıb. "Renn" gənc futbolçuya görə 20 milyon avro təklif edib ki, bu da "aslanlar"ı qane edib.
Qeyd edək ki, Konrad 2024/25 mövsümündə bütün turnirlərdə 54 matçda iştirak edib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.