Meksikanın qadınlardan ibarət millisinin futbolçusu Lizbet Ovalle rekord məbləğ qarşılığında "Tiqres"dən Amerika təmsilçisi "Orlando Prayd"a transfer olunub. Sport24.az "BBC"-yə istinadən xəbər verir ki, keçidin məbləği 1,5 milyon dollar təşkil edib.

 

Ovallenin keçidi qadın futbolu tarixində ən bahalı transfer kimi tarixə düşüb.

 

Qeyd edək ki, əvvəlki rekord iyul ayında kanadalı Oliviya Smitin "Liverpul"dan London "Arsenal"ına 1,3 milyon dollara keçməsi ilə qeydə alınıb.