Misli Premyer Liqasının ikinci turuna Suraxanıda yekun vurulacaq. Sport24.az xəbər verir ki, çempionatın ilk həftəsində oyunu təxirə salınan "Qarabağ" 2025/26 "futbol ili"ndə ilk oyununa çıxır.

 

Avropa fatehi "doğma divarlar" arasında "Sumqayıt"ı qəbul edir. "Köhlən atlar" üçün bu çempionatın birinci oyunudusa, "kimyaçılar" ötən həftə doğma meydanda "Kəpəz"i böyük hesabla (3:0) məğlub etməklə yadda qaldı. Kağız üzərində matçın favoriti "Qarabağ" olsa da, Saşa İliçin baş məşqçisi olduğu kollektivdən sürpriz gözləməyə dəyər. Ağdamlıların cəmi 3 gün qabaq Çempionlar Liqasının pley-off mərhələsində oyun keçirdiyini, səfərdən döndüyünü nəzərə alsaq, "Sumqayıt"ın "Qarabağ"dan xal alması üçün bundan gözəl fürsət ola bilməz.

 

Qeyd edək ki, tura bazar ertəsi keçiriləcək "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

I dövrə, II tur

19:30. "Qarabağ" - "Sumqayıt"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Azersun Arena",