Amputant futbolçular arasında Millətlər Liqasının oyunları bu il Azərbaycanda keçiriləcək. Sport24.az xəbər verir ki, turnir oktyabrın 16-20-də baş tutacaq.

 

Azərbaycan milli komandası C Liqasında mübarizə aparacaq.

 

Yığmamızın rəqibləri Belçika, Niderland, İsrail və Ukrayna komandaları olacaqlar.