"Təbii ki, Azərbaycan millisində çıxış etmək böyük şərəf olardı. Mən də bu millinin formasını geyinmək istərdim". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi TV"də yayımlanan "Piramida" verilişində qonaq olarkən komandanın legioneri Sezar Meza Kolli deyib.

32 yaşlı paraqvaylı yarımmüdafiəçi Azərbaycan millisində çıxış etmək istədiyini bildirib: "Bir dəfə belə hal olmuşdu. Amma təəssüf ki, uğursuz nəticələndi. Amma əlimdən gələni edirəm ki, gələcəkdə belə hal olarsa, öz faydamı verə bilim".