"Azərbaycanla qarşılaşma elə oyunlardan idi ki, lazımi anı gözləməli və hazır olmalısan".
Sport24.az xəbər verir ki, bunu Slovakiya millisinin qapıçısı Martin Dubravka UEFA Millətlər Liqası qrup mərhələsinin 2-ci turunda yığmamıza 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Millimizin bir neçə təhlükəli zərbəsinin qarşısını ala bildiyini deyən qolkiper vurğulayıb ki, heç bir komandaya yuxarıdan aşağı baxmaq olmaz:
"Şadam ki, uşaqlara kömək edə bildim və birlikdə bunun öhdəsindən gəldik. Koşitse bizim üçün gözəl atmosfer yaratmışdı. Burada yaxşı oynamağımız xoşdur, inanıram ki, bundan sonra da belə olacaq. Heç kimə yuxarıdan aşağı baxmamalıyıq. Azərbaycanla oyuna hazırlaşdığımız kimi, növbəti görüşlərə də hazırlaşmalıyıq".