"Komandanın oyununda stabillik çatmır. Bundan əlavə, heyətə cəlb olunan futbolçular nəyisə dəyişə bilmirlər". Sport24.az xəbər verir ki, bu sözləri Polşa "Legiya"sının sabiq futbolçusu Stanko Svitlitsa komandanın cari mövsüm Ekstraklasadakı uğursuz çıxışı və yeni transferləri barədədeyib.
Veteran oyunçu Varşava təmsilçisinin yayda heyətinə qatdığı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışına da toxunub: "Emreli pis futbolçu deyil. Avrokubokların təsnifat mərhələsində, həmçinin Avropa Liqasının qrupunda "Lester"ə qol vurub. Ona görə də bu futbolçunu mühakimə etmək çətindir".
Xatırladaq ki, "Legiya" ölkə çempionatında 9 xalla 18 komanda arasında 17-ci sırada qərarlaşıb.