Polşa çempionatında XVIII turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, bu turda Azərbaycan millisinin 2 futbolçusunun komandası üz-üzə gəlib.

Belə ki, Mahir Emrelinin formasını geyindiyi "Legiya" Anton Krivotsyukun çıxış etdiyi "Visla"nin qonağı olub. Matç Plotsk təmsilçisinin 1:0 hesablı qələbəsilə başa çatıb.

Qarşılaşmaya start heyətində çıxan Mahir 73-cü dəqiqədə əvəzlənib. Anton isə görüşün iştirakçısı olmayıb.

Qeyd edək ki, "Visla" hazırda turnir cədvəlində 26 xalla 7-ci, digərlərindən 2 oyun az keçirən "Legiya" isə 12 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.