Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone və həyat yoldaşı Karla Pereyra Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin sabiq müşaviri Andriy Portnovun qətlinin şahidi olublar. Sport24.az xəbər verir ki, bu barədə "El Espanol" məlumat yayıb.

 

Portnov Posuelo-de-Alarkondakı Amerika məktəbinin yaxınlığında güllələnib. Simeonenin qızları Françeska və Valentina burada təhsil alırlar. Portnovun uşaqları da orada oxuyurlar.

 

Simeonenin həyat yoldaşından baş verənlər barədə danışıb:

 

"Hər kəs üçün çox çətin vaxt idi. Zərər çəkmişin ailələsinə hörmət etməyi xahiş edirəm. Həqiqət budur ki, uşaqlara qayğı göstərmək və onları qorumaq bizim üçün vacibdir".

 

Qeyd edək ki, hadisə mayın 21-də baş verib. Cinayəti törədən şəxslər hələ də tapılmayıb.