22-23 may 2025-ci il tarixlərində Belarusun Qrodnen şəhərində Sovet İttifaqı Qəhrəmanı D.M.Karbışevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kişilər arasında açıq turnir keçirilib. Sport24.az xəbər verir ki, yarışda Rusiya, Belarus və Azərbaycan güləşçiləri iştirak edib.
Azərbaycanı təmsil edən Qəbələ şəhərinin güləşçilərindən 2-si qızıl medallara yiyələniblər.
Təmsilçilərimiz Əliyarov İsmayıl və Əhmədli Əhməd müvafiq olaraq 65 və 70 kq çəkilərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.