Leverkuzen "Bayer"inin hücumameyilli yarımmüdafiəçisi Florian Virts "Liverpul" ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkədə məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, İngiltərə klubu futbolçunun nümayəndələri ilə müqavilənin bütün detallarını razılaşdırıb və bundan sonra yazılı razılıq əldə olunub. Hazırda futbolçunun keçidi ilə bağlı klublar arasında birbaşa danışıqlar aparılır.

 

Qeyd edək ki, Virts cari mövsümdə bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.