Bu gün Misli Premyer Liqasında sonuncu - XXXVI tur davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.

 

Günün ilk qarşılaşması bölgədə baş tutacaq. Tarixində 12-ci çempionluğu bayram edən "Qarabağ" səfərdə "Şamaxı"nın qonağı olacaq.

 

Qeyd edək ki, turun açılış matçında artıq elitanı tərk edəcəyi dəqiqləşən "Səbail" "Sumqayıt"a məğlub olub - 1:4. 

 

Misli Premyer Liqası

IV dövrə, XXXVI tur

17:00. "Şamaxı" - "Qarabağ"

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı. Şəhər stadionu.