Azərbaycan millisinin futbolçusu Mahir Emreli 2024/2025 mövsümündə Almaniyanın "Nürnberq" klubunda ən sürətli beşinci futbolçudur. Sport24.az xəbər verir ki, bu barədə "Club Focus" nəşri məlumat yayıb.
27 yaşlı hücumçunun sürəti 33,8 km/h göstərilib.
Birinci pillədə Yens Kastrop (34.6) ikinci sırada Rafael Lubaç (34.1), üçüncü yer Dustin Forkel (34.0), dördüncü mövqedə Yulian Justvan (33,9) qərarlaşıb.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm komandasında 8 qola imza atıb. II Bundesliqa təmsilçisi forvardın mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.