Yeni mövsümə iddialı kollektiv formalaşdırmağı planlaşdıran "Turan Tovuz" daha bir futbolçu ilə yollarını ayırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, baş məşqçinin "qara siyahı"sına düşən legioner "boz qurdlar"ın düşərgəsini tərk edib.

 

Söhbət iranlı müdafiəçi Araş Qaderidən gedir. Kurban Berdıyev başa çatan mövsümdə onun performansından narazı qalıb və rəhbərlikdən iranlının yola dsalınmasını istəyib.

 

Qeyd edək ki, 26 yaşlı futbolçu başa çatan mövsümdə "Turan Tovuz"un heyətində ümumilikdə 22 oyunda meydana çıxıb. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.