Azərbaycan millisinin qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenkonun MOİK-də qayıdışı rəsmən baş tutub. Sport24.az xəbər verir ki, 47 yaşlı mütəxəssisin məşqçi kimi döndüyü "hərbçilər" qış fasiləsindən sonra ilk matçda - XX turda Moskva derbisində iştirak edib.
Belə ki, ordu klubu "Lokomotiv"lə səfər matçında 0:2 hesabıyla uduzub. MOİK-in əsas qapıçısı, Kramarenkonun vaxtilə çiyin-çiiynə çıxış etdiyi, indisə məşqçisi olduğu İqor Akinfeyev bu görüşdə iştirak etməyib. Onu qapıda əvəzləyən, son anda Rusiyadan "Ural" klubundan icarədən qaytarılan İlya Pomazun bu görüşdə fasiləyədək 2 qol buraxıb. Lider "Zenit"dən 5 xal geri qalaraq 2-ci pillədə olan MOİK növbəti turda martın 6-da evdə "Axmat"la görüşəcək.
Xatırladaq ki, Kramarenko cari mövsümün sonunadək paralel olaraq millimizdə də işləyəcək.