“Neftçi”yə böyük nikbinliklə gəlmişəm ki, işlər yaxşı getsin. Komandada işlərimin daha yaxşı olmasını istəyirəm". Sport24.az xəbər verir ki, bunu “Neftçi”nin legioneri Ramon Maçado Braziliya mətbuatına açıqlamasında deyib.
Premyer Liqanın 8 oyununda 3 qol vuran 30 yaşlı forvardın sözlərinə görə, yeni gəlməsinə baxmayaraq, kollektivə qısa müddətdə uyğunlaşıb: "Neftçi"də xoşbəxtəm. Çempion komandaya gəldiyimin fərqindəyəm. Hələlik yaxşı dönəmdə deyilik. Lakin qollar vurduğum üçün xoşbəxtəm".
Maçado son 3 turda məğlubiyyətləri sıralayan komandasının uğursuz dönəmdən keçdiyini də etiraf edib: “Neftçi”də uğurlu start etmək məni həm sevindirir, həm də təəccübləndirir. Çempion komandaya gəlmişəm. Doğrudur, komanda olaraq o qədər də yaxşı dönəmdən keçmirik. Buna baxmayaraq, öz yerimi axtarmaqdan və qol vurmaqdan xoşbəxtəm. Turnir cədvəlində istədiyimiz yerdə olmasaq da, yenidən liderliyə yüksəlmək niyyətindəyik. Komandanın irəliləməsi və çempionluq uğrunda mübarizə aparması üçün daha çox qol vurmaq istəyirəm".
Qeyd edək ki, "Neftçi" Maçado ilə cari mövsümün sonadək müqavilə imzalayıb.