İyunun 11-də Avropa çempionatının final mərhələsi - AVRO-2020 start götürdü. Sport24.az saytının təşkilatçılığı və AFFA-nın dəstəyi ilə “Köhnə qitə”nin “yeni MÜNƏCCİM”i olan yeni layihəsi də başladı. Final mərhələsində olduğu kimi, bizdə də 24 iştirakçı var.

Dünən ikinci oyun günündə üç matç keçiriildi. Arxada qalan görüşlərdən sonra turnir cədvəlində altıhakimiyyətlilik var. Onlar hərəyə 5 xalla liderliyi bölüşdürür. Bu sırada yer alan Ruslan Mikayıllının nəticəsi diqqət çəkir. Belə ki, "Azerisport"dakı həmkarımız digər 4 nəfərdən fərqli mübarizəyə xalsız başlamışdı. Bu isə o deməkdir ki, dünənki oyun günündə ən maksimal xalı - 5-i məhz Mikayıllı qazanıb. Xalsız yalnız bir iştirakçı qalıb ki, bu, "CBC Sport"lu Şəmsəddin Abbasovdu. 

İikinci oyun günün proqnozları haqda aşağı linkdən tanış ola bilərsiniz:

(https://sport24.az/bizim-futbol/kohne-qitenin-yeni-muneccimi---2-ci-oyun-gunune-proqnozlar)

Arif Əsədov, Rəşad Məmmədov,  Elnur Həmidov, Mehman Süleymanov, Tahir Hümmətov, Ruslan Mikayıllı - hamısı 5, Firuz Abdulla, Rüstəm Allahverdiyev, Zaur Əzizov, Nicat Zülfülü, Kənan Məstəliyev -  hamısı 4, Şahin Diniyev, Mahmud Qurbanov, Samir Əliyev, Aslan Şahgəldiyev, Elnur Həmidov, Faiq Tahirov - 2, Yunis Hüseynov, Aslan Kərimov, Gündüz Abbaszadə, Elman Himayətoğlu, Eldəniz Yusifov, Mahir Rüstəmli, İbrahim Cəfərov - 1, Şəmsəddin Abbasov - 0.