Misli Premyer Liqasının X turuna Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "Turan Tovuz"u qəbul edir.

 

Həftəiçi "kimyaçılar"ın "sükanı arxasına" keçən Vaqif Cavadaov üzərindən "müvvəqqəti" statusunu götürmək üçün komandanı uğura daşımalıdı. İlk sınaq bu gündü. Qərb təmsilçisi isə ilk "üçlük"də yerini möhkəmləndirmək istəyir və bu səbəbdən Sumqayıt səfərindən də qələbə ilə dönməyi planlaşdırır. 

 

Qeyd edək ki, Mehdi Hüseynzadə adına stadionda keçiriləcək matç saat 20:00-da start götürəcək.

 

Misli Premyer Liqası

II dövrə, X tur

20:00. "Sumqayıt" - Turan Tovuz" 2:4 (2-ci hissə)

Qollar: N.Vuynoviç,32. K.Quliyev, 88 - A.Serrano,16. O.Con, 25. V.Rzayev, 26. A.Souza, 78

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 

 

"Sumqayıt": 1.Mehdi Cənnətov, 14. Elvin Bədəlov, 7. Rövlad Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8.Səbuhi Abdullazadə, 23. Cordan Rezabala,6. Vüqar Mustafayev, 9|. Nikola Vuynoviç, 2. Sərtan Taşkın, 99.Silvanus Nimeli

"Turan Tovuz": 1. İvan Konovalov, 5. Roderik Miller, 4. Şəhriyar Əliyev, 25. Denis Marandiçi, 77. Veysəl Rzayev, 80. Otto Con, 15. E.mmanuel Hakman, 23. Aleks Serrano, 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 99. Sadiq Şəfiyev