"Keşlə" bu həftə ardıcıl 2 yoxlama matçı keçirəcək. Komandanın baş məşqçisi Sənan Qurbanovun Sport24.az-a verdiyi məlumata görə, bu gün və sabah oyuna çıxacaqlar. Belə ki, Azərbaycan Kubokunun hazırkı qalibi qış fasiləsində son sınaq matçında I Divizion təmsilçisi ilə görüşməyi yekunda daha məqsədəuyğun sayıb.

Bu, Bakıya gələn "Kəpəz" olacaq. "Keşlə" gəncəliləri sabah öz stadionunda - "ASK Arena"da saat 15:30-da qonaq edəcək. Qurbanov baxışa çoxlu yeni futbolçunun gəlməsiylə əlaqədar ikitərəflioyun keçirməyi yox, bir komandayla qarşılaşmağı üstün tutduqlarını vurğulayıb.

Xatırladaq ki, "Keşlə" bu gün saat 15:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında "Səbail"lə görüşəcək. Bu komandaların keçən həftə "Dalğa Arena"dakı qarşılaşması Sənan Qurbanovun komandasının 2:0 hesablı qələbəsiylə yekunlaşıb.