Azərbaycanı yeni turnir Konfrans Liqasında təmsil edəcək "Keşlə" yerli futbolçularıyla yeni müqavilələr imzalamaqda davam edir. Sport24.az-ın əldə etdiyi məlumata görə, komandanın millimizdəki üzvlərinin qalmaları məsələsi artıq tam həll olunub. 

Belə ki, millimizlə iki həftəlik hazırlıqdan sonra bu gün Vətənə dönən müdafiəçilər - Şəhriyar Əliyev və Azər Salahlıyla danışıqlar müsbət yekunlaşıb və onlarla başa çatan anlaşmalar 1 illiyə uzadılıb.

Azərbaycan Kubokunun son qalibi digər təcrübəli müdafiəçiləriylə də məsələdə sön nöqtəni qoyb. Bunlar İlkin Qırtımovla Tural Axundovdu ki, hər ikisiylə yeni 1 illik müqavilələr imzalanıb. 

"Keşlə" bunadək köhnə heyətdən Tərlan Quliyev, Rail Məlikov və Ruslan Əmircanovla yeni müqavilələr bağlamışdı. Paytaxt klubu icarədə olan 4 futbolçunun da başa çatan anlaşmalarını uzadılmasını həll etmişdi. Bunlar müdafiəçilər Rafael Məhərrəmliylə ("Qarabağ") Elçin Mustafayev ("Sabah") və yarımmüdafiəçilər Rəhman Hacıyevlə Turan Vəlizadədi (hər ikisi "Neftçi").Legionerlərdən moldovalı qapıçı Stanisvan Namaşkoyla monteneqrolu müdafiəçi Miodraq Bojoviçin başa çatan anlaşmalarının 1 illiyə uzadılmasıyla bağlı razılıq əldə olunub. Onlar komandanın hazırlığına qatılmaq üçün Bakıya gələndən sonra müqaviləyə imza atmalarıyla məsələ rəsmiləşəcək.

Sonad onu da bildirək ki, "Keşlə" məşqlərini iyunun 15-dən bərpa edəcək. Ancaq milidəki futbolçularına istirahət verildiyindən hazırlığa bir qədər gec qoşulacaqlar.