"Kəpəz" qış fasiləsindən sonra ilk tura cidi itkilərlə çıxacaq. Sport24.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Misli Premyer Liqasını III dövrəsinin ilk turu çərçivəsində "Qəbələ"ylə bugünkü ev matçında birdən-birə 4 futbolçunun xidmətində yararlana bilməyəcək.
Buna səbəb onların cəzalı olmalarıdı.Özü də təcrübəli mütəxəssis ikinci dövrədə mərkəz müdafiəçiləri olmuş dueti oynada bilməyəcək. Bunlar gənc Elçin Əlicanovla belaruslu Yeqor Xvalkodu. Belən olan halda, Əhmədov zu müddət zədə üzüzbdən oynamayaraq artıq sağalan stopper Zamiq Əliyevin yanıda hansısa başqa mövqenin futbolçusunu oyatmalıdı.
Gəncəlilərin çalışdırıcısı gürcü yarımmüdafiəçilərinin də xidmətindən məhram qlaıb. Söhbət mərkəz yarımmüdafiəçisi Georgi Kantariya ilə cinah yarımümdafiəçisi Mete Kvirkviyadan gedir. Digərləri 4-cü sarı vərəqə üzündən "ofsayd"a düşüblərsə, Kantariyada bu, cari çempionatda artıq 8-ci rəsmi xəbərdarlıqdı. Yəni, o 2-ci dəfə vərəqə limitini aşaraq cəzalı olur. Yeri gəlmişkən, Georgi bu mövsümdə ən intizamsız futbolçudu.
Xatırladaq ki, bu gün saat 14:00-da Gəncə şəhər stadionunda başlayacaq matçla qış fasiləsi bitəcək.