Misli Premyer liqasının ilk turunun ikinci oyun gününə Masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki. Son ölkə çempionu "Sabah" "doğma divarlar" arasında "Kəpəz"i qəbul edir.
Əslində bu qarşılaşma Gəncədə keçirilməli idi. Sadəcə, "bayquşlar"ın gələn həftə Çempionlar Liqasının Pley-offunda oynaması səbəbindən matçın məkanı hər iki klubun razılığı ilə dəyişdirildi.
Heç şübhəsiz ki, oyunun favoriti "Sabah"dı. Valdas Dambrauskasın komandası nəyə qadir olduğunu ÇL təsnifat mərhələsində keçirdiyi görüşlərdə ortaya qoyub. 6 qarşılaşmada 5 qələbə qazanan "bayquşlar" 3 fərqli ölkənin çempionunu mübarizədən kənarlaşdırıb. Bu üzdən Masazır təmsilçisinin 35-ci ölkə çempionatına da qələbə ilə başlayacağına şübhə edənlərin sayı çox azdı. "Kəpəz"in isə indiki durumunu nəzərə alsaq, gəncəlilərin bu gün sürpriz edəcəyini heç kim gözləmir.
Qeyd edək ki, turun digər oyunları sabah və bazar ertəsi baş tutacaq.
Misli Premyer liqası
I dövrə, I tur
20:45. "Sabah" - "Kəpəz" 0:0 (Birinci hissə)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Masazır. "Bank Respublika Arena".
"Sabah": 95. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov (k) 6. Abdulax Xaybulaev 11. Kahim Parris 33. Junior Almeyda 99. Patrik Mbina 88. Rodriqo Fernandeş 4. Eyden Makkarti 23. Yunes Laşaab 8. Kristian Nvaçukvu 35. Cafet Bulus
Ehtiyat oyunçular: 92. Stas Pokatilov 12. Rauf Əyyubov 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 16. Rauf Rüstəmli 20. Coy Lens Mikels 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 34. Ksander Severina 7. Umarali Raxmonaliyev
Baş məşqçi: Valdas Dambrauskas
"Kəpəz": 1. Rojerio Santos 34. Urfan Abbasov 7. Namik Ələskərov 99. Əli Səmədov (k) 29. Dioqo Verdaska 9. Kennet Kalunqa 21. Azuma Abubakar 11. Viktor Stina 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 6. Vadim Abdullayev 20. Rafael Məhərrəmli 8. Şakir Seyidov 77. Nicat Nəmmədov 5. Hüseyn Babayev 17. Ümid Səmədov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 23. Raul İsaqov
Baş məşqçi: Azər Məmmədov