"Bu oyuna da yaxşı hazırlaşırıq. Rəqibimiz çempionatın iddialı komandalarından biridir və hazırda ikinci pillədə qərarlaşıblar". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in kapitanı Yeqor Xvalko deyib.

 

27 yaşlı futbolçu "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Çətin olacağını düşünürəm. Rəqibin yaxşı heyəti var. Hər xal bizim üçün vacibdir. Sadəcə, yaxşı nəticə əldə etmək üçün öz oyunumuzu göstərməliyik".

 

Qeyd edək ki, fevralın 10-da keçiriləcək "Araz-Naxçıvan" - "Kəpəz" matçı saat 16:00-da start götürəcək. Naxçıvan klubu hazırda 43 xalla ikinci, Gəncə təmsilçisi 17 xalla 8-ci pillədə qərarlaşıb.