"Kəpəz" Futbol Akademiyası yeni mövsüm üçün seçimlərə başlayır. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisi 7-12 yaş arası (2013-2018-ci il təvəllüdlü) uşaqları seleksiya məşqlərinə dəvət edir.
Seçimlər iyunun 8-i və 9-u tarixlərində olacaq.
Seleksiya prosesi klubun Məşq Mərkəzində keçiriləcək və saat 10:00-da başlayacaq.
Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.
Seçimlərdə iştirak etmək istəyənlərdən aşağıda göstərilən mobil nömrə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.
Əlaqə nömrəsi: 050 330 37 06