"Kəpəz"də sular yenə bulanıb, klubda aləm bir-birinə dəyib. Sport24.az-a daxil olan məlumata görə, klubun İdarə Heyətinin sədri Namiq Qədirov tutduğu postdan gedib. Sadəcə, başbilənlər bu xəbəri rəsmi açıqlamır.

 

Bu səbəbdən "sarı-göylər"in düşərgəsində qeyri-müəyyənlikdir. "Kəpəz"də çalışan məşqçilər, texniki heyət kluba kimin rəhbərlik etdiyini, lazım olanda kimə müraciət edəcəklərini bilmirlər. Vəziyyət o dərəcədə acınacaqlı hal alıb ki, bir aya yaxındır bazada internet kəsilib. Stadionun ərazisində olan və əməkdaşların istifadə etdiyi artezian neçə vaxtdı işləmir, ancaq düzəldən yoxdur.

 

Qeyd edək ki, bir neçə gün öncə məlum oldu ki, klubun İdarə Heyətinin sədrinin idman məsələləri üzrə müşaviri Erkin İbrahimovun işindən ayrılıb.