"Kəpəz" portuqaliyalı müdafiəçi Dioqo Verdaskanın klubdakı gələcəyinə tam aydınlıq gəlib. Sport24.az-a Gəncə təmsilçisindəki mənbədən verilən məlumata görə, mövsümün sonunda müqaviləsi başa çatan 29 yaşlı futbolçu ilə yeni razılıq əldə olunub.
Rəhbərlik komandanın kapitanının təcrübəsindən və liderlik keyfiyyətlərindən razı qaldığı üçün onunla əməkdaşlığın davam etdirilməsini vacib sayıb.
Verdaska da "Kəpəz"də qalmağa müsbət yanaşıb və tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib.
Beləliklə, portuqaliyalı müdafiəçi növbəti mövsümdə də "sarı-göylər"in heyətində çıxış edəcək.
Qeyd edək ki, Verdaska cari mövsüm Premyer Liqada 25 oyunda meydanda olub və 1 qol vurub. O, 2024/2025 mövsümündə də "Kəpəz"in formasını geyinib.