Dövlət qurumları arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibləri bəlli olub. Sport24.az xəbər verir ki, bütün görüşləri qələbə ilə başa vuran SOCAR-ın üzvləri qızıl medala layiq görülüb və kuboka sahib çıxıb.
Finalda məğlub olan Azərişıq kollektivi isə gümüş medalı qazanıb. Üçüncü pillədə bürünc medalla mükafatlandırılan Ədliyyə komandası qərarlaşıb.
Qarşılaşmalar və təltifetmə mərasimi Bakı Tennis Akademiyasında keçirilib.