Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, günün ilk matçında lider "Neftçi" İK "Baku Fire" ilə qarşılaşıb.

 

"Ağ-qaralar" rəqibinə 5:1 hesabı ilə qalib gəlib.

 

Günün ikinci oyununda isə "Araz-Naxçıvan" U-19 yığmasını 12:2 hesabı ilə darmadağın edib.

 

Bu tur "Şuşa" meydana çıxmadan 3 xalı aktivinə yazdırıb. Belə ki, "Lənkəran" çempionatda artıq çıxışını dayandırdığına görə, qələbə "Şuşa"ya verilib.


19 turdan sonra "Neftçi" 52 xalla liderdir. "Araz-Naxçıvan" 49 xalla ikincidir.