"Qalatasaray" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Qabriel Sara zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sara mövsümün qalan hissəsini buraxacaq. Braziliyalı futbolçunun yayda keçiriləcək dünya çempionatında iştirakı da sual altındadır.
Qabriel cari "futbol ili"ndə Super Liqada 27 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.