"Qalatasaray"ın mövsümün əvvəlində böyük ümidlərlə heyətinə qatdığı Noa Lanqın gələcəyi ilə bağlı yekun qərar verilib. Sport24.az xəbər verir ki, "sarı-qırmızılılar" niderlandlı vingeri komandada saxlamamaq qərarına gəlib.
İstanbul təmsilçisinin futbolçunun müqaviləsində yer alan 30 milyon avroluq satınalma hüququnu aktivləşdirməyəcəyi bildirilir.
Məlumata görə, 26 yaşlı futbolçu mövsüm başa çatdıqdan sonra müqavilə ilə məxsus olduğu "Napoli"yə geri dönəcək. Artıq tərəflər arasında bu məsələ ilə bağlı ilkin razılığın əldə olunduğu vurğulanır.
Qeyd edək ki, Noa Lanq "Qalatasaray" da icarə olduğu müddətdə 10 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb