Rusiyanın ÇSKA klubu İtaliyanın "İnter" və "Milan" klublarının keçmiş baş məşqçisi Stefano Pioli ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "La Viola" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, Moskva klubunun rəhbərliyi agentlər vasitəsi ilə Pioli ilə əlaqə saxlayıb. Lakin məşqçi Rusiyada işləməyə hazır olmadığını bildirib.
Qeyd edək ki, mayın 4-də ÇSKA rəhbərliyi isveçrəli məşqçi Fabio Çelestini baş məşqçi vəzifəsindən azad edib. Komandanın "sükanı" müvəqqəti olaraq Dmitri İqdisamova tapşırılıb. Dünən isə ordu klubu, FONBET Rusiya Kubokunun Regionlar Yolunun finalında Moskva "Spartak"ına 0-1 hesabı ilə məğlub olub.