"İnter"in sabiq futbolçusu Canfranko Matteoli açıqlama verib. Sport24.az xəbər verir ki, İtaliya mətbuatına danışan keçmiş oyunçu komandanın kapitanı Hakan Çalhanoğlunu tərifləyib:

 

"O, çox önəmli oyunçudur. Kritik məqamlarda önə çıxır və matçların taleyini həll edir. Hakana mövqeyində rəqib yoxdur".

 

Çalhanoğlu bu mövsüm 30 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə edib.