Albaniyanın "Eqnatiya" klubunda forma geyinən millimizin futbolçusu Zamiq Əliyev XXXV turun rəmzi heyətinə seçilib. Sport24.az xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyası məlumat yayıb.

 

Qurum turun rəmzi "11-liy"ni açıqlayıb. Siyahıda Zamiq Əliyev də yer alıb.


Futbolçumuz "Partizani"yə (Tirana) qarşı son oyunda komandasının ilk qoluna imza atmışdı. Görüş "Eqnatiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.