"Sabah"ın qapıçısı Stas Pokatilov ölkəsinin bir neçə komandasından təklif alıb. Sport24.az bu barədə Masazır təmsilçisindəki mənbədən məlumat əldə edib. 

 

Lakin Qazaxıstan millisinin üzvü hazırda ölkəsinə qayıtmaq istəmədiyini bildirib.

 

33 yaşlı qolkiper "Sabah"da qalmaq istədiyini söyləyib. Onunla yeni müqavilə imzalanacağı gözlənilir. 

 

Xatırladaq ki, Stas Pokatilov 2024/2025 mövsümündə Azərbaycan Kubokunun, 2026/2026 mövsümündə isə Misli Premyer Liqasının qalibi olub.