UEFA Çempionlar Liqasının finalına yüksələn PSG "Qalatasaray"ın ulduzunu heyətinə cəlb etmək istəyir. Sport24.az xəbər verir ki, Paris klubu Viktor Osimhen üçün "Cim-Bom" ilə danışıqlara başlayıb.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Fransızlar Osimhen üçün "sarı-qırmızılar"a 75 milyon avro təklif edib. İstanbul nəhənginin isə təklifi geri çevirdiyi qeyd olunub.
Bu mövsüm nigeriyalı hücumçu "Qalatasaray"ın heyətində 32 oyunda meydana çıxıb və 20 qol, 8 məhsuldar ötürməyə imza atıb.