Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 31-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, qarşılaşmalardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.
Günün ilk qarşılaşması Qubada keçiriləcək. "İmişli" "Zirə"ni qonaq edir. Nominal meydan sahibləri üçün bu görüşün o qədər də əhəmiyyəti yoxdu. "Pələnglər" qələbə qazanacağı təqdirdə ən yaxşı halda turnir cədvəlində bir pillə irliləyə bilər. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Zirə" üçün isə əksinə, bu qarşılaşma çox vacibdi. Rəşad Sadıqovun "qartallar"ı səfərdən 3 xalla dönəcəyi halda ən azı "Neftçi"nin növbəti oyununa qədər 4-cü pilləyə yüksələcək.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 16:30-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXXI tur
16:30. "İmişli" - "Zirə"
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Quba. Olimpiya İdman Kompleksinin stadionu.