Misli Premyer Liqasının 31-ci turunun ilk oyun gününə Masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" "doğma divarlar" arasında "Kəpəz"i qəbul edir.
Artıq çempionluğu rəsmiləşdirən "bayquşlar" üçün bu görüş formal xarakter daşıyırsa, təhlükəli zonada yer alan, daha dəqiq desək, 24 xalla 10-cu pillədə olan Gəncə təmsilçisi üçün bu görüşdə qazanılacaq bir xal belə çox vacibdi. Azər Bağırovun komandası çempionatın sonuna 3 tur qalmış ən yaxın izləyicisi "Qəbələ"dən cəmi 4 xal irəlidədir. "Kəpəz"in sonuncu olmayacağı dəqiqləşibsə də, hələ də pley-off oynamaq təhlükəsi qalıb.
Qeyd edək ki, turun digər qarşılaşmaları sabah və bazar günü baş tutacaq.
Misli Premyer Liqası
III dövrə, XXXI tur
19:30. "Sabah" - "Kəpəz"
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Masazır. "Bank Respublika Arena".