"Real"ın sol cinah müdafiəçisi Ferland Mendinin zədəsi gözləniləndən daha ciddi olub. Sport24.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Mendinin sümükdən ayrılan düz bud əzələsinin vətərində cırılma olub və ən azı bir il oynaya bilməyəcək. Onun bazar ertəsi əməliyyat olunacağı planlaşdırılır. O da bildirilir ki, ağır zədə səbəbindən futbolçu hətta karyerasını bitirmək məcburiyyətində qala bilər. 

 

Qeyd edək ki, Mendi La Liqanın 34-cü turu çərçivəsində keçirilən "Espanyol"la matçda zədələnib. Müdafiəçi  cari mövsümdə artıq dördüncü dəfə meydanı xərəkdə tərk edib.