"Kəpəz" baş məşqçi axtarışlarını davam etdirir. Sport24.az bu məsələ ilə bağlı etibarlı mənbədən məlumat əldə edib.
Rəhbərlik yerli mütəxəssislərlə yanaşı əncəbi çalışdırıcıların da təyinatını nəzərdən keçirir.
Adları dəqiqləşdirə bilməsək də, klub Ukrayna və Rusiyada olan baş məşqçilərlə təmas qurub.
Qeyd edək ki, "Kəpəz" uğursuz nəticələr fonunda baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. Komanda Misli Premyer Liqasında ilk beş matçında məğlub olub.