"Kəpəz" klubunun bir qrup azarkeşi dünən klubun məşqini ziyarət ediblər. Sport24.az-ın məlumatına görə, bu barədə fanatlar sosial şəbəkədə yazıblar.

Tərəfdarlar Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürovla görüşüblər və iradlarını çatdırıblar.

Azarkeşlər məşq zamanı "Kəpəz"in İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimovu istefaya səsləyiblər.

Onlar klub rəsmisinin komandanın yanında olmadığı üçün də narazıdırlar. Hətta komandanın məşqindən sonda İbrahimova iradlarını sosial şəbəkə hesablarında da bildiriblər. Lakin İdarə Heyətinin üzvü həmin şəxsləri bloklaylb.