"Kəpəz" milli komandaların oyunları ilə əlaqədar fasilədə hazırlığa martın 22-də yığışacaq. Bu haqda Sport24.az-a məlumat verən Gəncə klubunun baş məqşçisi Tərlan Əhmədov həmi gün axşam məşqində bir araya gələcəklərini söyləyib: "Martın 25-də oyun keçirmək istəyirik. Hər halda, öz aramızda, əvəzedicidən bir neçə futbolçu götürərək ikitərəfli oyun keçirəcəm. Bu dəqiqə Premyer Liqa klublarına qarşı oynamaq istəmirəm. Onsuz da sön dövrədə onlarla qarşılaşacağıq və istəmirəm ki, 5-ci dəfə görüşüm. Oyunumuz Gəncədə olduğuna görə I Divzion komadalarına da ora gəlib-getmək bir az ağırdı. Həm də bilirsiniz ki, məşq meydançamız süni örtükdü. O nöqteyi-nəzərdən ikitərəfli oyun formasında bunu həyata keçirəcəyik. Bütün məşqlərimiz də orda olacaq. Bu gün vəziyyətdən çıxış yolu budu, başqa çıxış yolumuz da yoxdu, olacaq budu. Hər gün məşqlərdi. Arada 3 gün 2 məşq olacaq, qalanlarında da 1 məşqlə kifayətlənəcəyik".

Xatırladaq ki, turnir cədvəlində 7-ci yerdə gedən "Kəpəz" Misli Premyer Liqasında dördüncü dövrəyə aprelin 1-də evdə son pilləni sahibi "Səbail"lə matçla başlayacaq. 

 

 

 

MEHMAH SÜLEYMANOV