"Çempionata hazırlığımız davam edir. 2-3 zədəli oyunçumuz var ki, onları da mövsümün startına kimi hazır vəziyyətə gətirməyə çalışacağıq". Bu sözləri Sport24.az-a açıqlamasınsa "Karvan"ın baş məşqçisi Kənan Kərimov deyib.

 

Yevlax təmsiçisinin çalışdırıcısı ilk turda "doğma divarlar" arasında azarkeşləri qələbə ilə sevindirməyi düşündüklərini də bildirib: "Mövsümün açılış turunda yalnız bir oyun var ki, o da Yevlaxda baş tutacaq. "Qaradağ Lökbatan"ı yevlaxda qəbul edəcəyik. Azər Həşimovun komandası ötən il sona dək çempionluq uğrunda mübarizə apardı. Onların nə qədər güclü və iddialı olduqlarını bilirik. Yeni mövsümdə doğma meydanda keçirəcəyimiz ilk oyunda azarkeşlərimizə əsl futbol bayramı yaşatmaq istəyirik. 2024/25 futbol ilində I liqada iddialı komandaların sayı artdığından bizi ağır marafon gözləyir".

 

Qeyd edək ki, "Karvan" sentyabrın 11-də, cari mövsümün açılış matçında öz meydanında "Qaradağ Lökbatan"ı qonaq edəcək

 

ABDULLA İSMAYILOĞLU