"Sabah" Aleksey Kaşukla bağlı "Şaxtyor"la ortaq məxrəcə gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı ukraynalı cinah yarımmüdafiəçisi daha bir mövsüm rusiyalı baş məşqçi Murad Musayevin ixtiyarında olacaq.
Çıxış yenə icarə əsasında olacaq. Kaşukla bağlı məsələnin müsbət həll olunmasında həlledici rolu "Sabah"dakı mühit, futbolçuya göstərilən qayğı, qonaqpərvərliyimiz, habelə U-21-ə yenidən qayıtması oynayıb.
Onu da bildirək ki, "Qarabağ" da Alekseyi transfer etməyə cəhd göstərib. Donetsk klubunun istədiyi məbləğ faktiki olaraq "satmıram" demək olub. Çünki transfer məbləği 15 milyon avro tələb edilib. Ona görə "Sabah"ın maksimum gecü icarəyə çatıb.