"Neftçi"nin prezidenti Kamran Quliyev klubla Konfrans Liqasının III təsnifat mərhələsində cavab matçı keçirəcəkləri Avstriyaya yollanmayıb. Sport24.az-ın Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Quliyev birgə klubun digər rəhbər şəxsləri də səfərə çıxmayıb.

Buna səbəb onların hazırda Türkiyədə işgüzar səfərdə olmalarıdı. Klub rəhbərliyi ordan birbaşa Avstriya paytaxtına oyuna gələcək.

Xatırladaq ki, "Neftçi" "Rapid"lə sabah Bakı vaxtilə saat 22:30-da görüşəcək.