Rusiyanın "Championat" nəşri "Krasnodar"ın “Qarabağ”dan transfer etdiyi Kadi Borges haqda yazıb. Sport24.az xəbər verir ki, yazıda braziliyalı yarımmüdafiəçinin yüksək keyfiyyətli oyunçu olduğunu qeyd olunub: ”Krasnodar” üçün perspektivli transferdi. Bu klub onun üçün çox yox, cəmi 2 milyon avro ödəyib. Borges son iki mövsümü "Qarabağ"da keçirib. 2022-ci ildə komandası ilə çempionatın və kubokun qalibi olub. Liqanın bombardiri olan oyunçu ölkənin ən yaxşı əcnəbi futbolçusu seçilib".

Rus həmkarlarımız Kadinin həm hücumameyilli mərkəz yarımmüdafiəçisi, həm də cinah yarımmüdafiəçisi kimi oynaya biləcəyini göstərib: "Tenikalı oyunçudu, irəlidə təhlükəlidi. Cinahdan hərəkət edərək içəri irəliləyə, mərkəzə gələ bilər. Kadinin yaxşı zərbələri var. Azərbaycanda çalışan "Krasnodar"ın sabiq baş məşqçisi Murad Musayevin sözlərinə görə, hücumameyilli yarımmüdafiəçi Premyer Liqanın ən güclü oyunçusu idi. Kadi "Krasnodar"ın üslubuna uyğun gəlir.

Borgesim bu mövsüm bütün turnirlərdə 31 matçda 8 qol vurub və 11 məhsuldar ötürmə etməsi, özünü avrokuboklarda yaxşı göstərməsi də məqalədə vurğulanıb: "Çempionlar Liqasının təsnifat mərhələlərində "Lex" və "Sürix"lə oyunlarda qol vurub, məhsuldar ötürmə edib. Stanislav Çerçesovun başçılıq etdiyi "Ferenstvaroş"u nokauta salıb, Avropa Liqasının qrup mərhələsində assistlə diqqət çəkib. O, Azərbaycan çempionatında orta hesabla hər 90 dəqiqəyə 3,8 zərbə endirib, 2,9 ötürmə edib. Tez-tez driblinq edən Kadinin 6 cəhdindən 3-ü uğurlu alınıb".

Kadiriin adlarından birinin də Malinovski olması maraqlı məqam kimi diqqətə çatdırılıb: "Kadinin ata tərəfdən babası polyakdır. O, 2022-ci ildə vətəndaşlıq almaq və Polşa millisində oynamaq üçün işlərə başladı. Lakin Rusiya klubuna keçidi onu çox güman ki, siyasi məsələlərə görə Polşa millisindən uzaqlaşdıracaq".

Xatırladaq ki, "Krasnodar" bu ayın 2-ci ongünlüyündə Borgeslə 3,5 illik müqavilə imzalayıb.