Bütün azarkeşlərimiz, Azərbaycan xalqı bizdən qələbə gözləyir. Bu sözləri "Qarabağ"ın hücumçusu Juninyo "Malmö"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

 

Futbolçu baş tutacaq matçda udmaq istədiklərini vurğulayıb:

 

"Çox önəmli oyundur. Bütün azarkeşlərimiz, Azərbaycan xalqı bizdən qələbə gözləyir. İnanırıq ki, ümidləri doğruldacağıq. Son 3 oyunda qol vura bilmirəm. Məşqlərdə əzmlə çalışıram ki, daha məhsuldar olum".