İsveç mətbuatı ölkə çempionatının açılış turunun "Göteborq"la oyununda (4:1) "Yurqorden"in azərbaycanlı hücumçusu Musa Qurbanlının çıxışını şərh edib. Sport24.az "SvenskaFans.com"a istinadən xəbər verir ki, isveçli həmkarlarımız azərbyacanlı forvard haqda bunları yazıb:

 

"Deyəsən Musa uğursuzluqla üz-üzədir. Azərbaycanlı əvvəlki kimi inamsız görünürdü. O, meydanda çox gözə dəymirdi, amma görünəndə topla yaxşı davranırdı. Qurbanlı bir neçə maraqlı ötürmə etdi və tez-tez cərimə meydançasında lazımi yerdə olurdu. İnanırıq ki, Musa Qurbanlının ifasında yaxşı, tipik isveçli futbolçu görmək olar. Lakin hər matçda bununla razılaşmayanlarla mübahisə etmək getdikcə çətinləşir".

 

Qeyd edək ki, Musa "Göteborq"la oyunun 70-ci dəqiqəsində meydana çıxıb.