"Rəqibin gücünə bələd idik. Yaxşı komanda idi". 


Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu İsmayıl İbrahimli deyib. 


27 yaşlı yarımmüdafiəçi ötən gün Bakıda Macarıstan yığmasına 1:2 hesabı ilə uduzduqları yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb.


"Son oyunlarda da qələbə qazana bilməmişdik. Qalibiyyətimiz yoxdur. Macarıstanla oyun yaxşı keçdi. Şanslarımız da oldu. İstifadə edə bilmədik. Məncə, yaxşı mübarizə apardıq". 


Oyunçu Latviya və Macarıstan komandalarının səviyyə fərqindən söz açıb: "Macarların məşhur oyunçuları var. Amma bu bəhanə deyil. Buna baxmayaraq yaxşı mübarizə apardıq. Əlimizə düşən fürsətlərdən istifadə etmək istəyirdik. Amma alınmadı. Son anda da fürsət oldu. Amma qola çevirə bilmədik".