"CBC Sport"un şərhçilərinin sırasına daha bir nəfər qoşulub. Sport24.az xəbər verir ki, bu, təcrübəli şərhçi İsmayıl Abdullayevdi.

"İdman Azərbaycan"da (sonradan "İdman TV"də) 10 il çalışan Abdullayev bu dəfə digər idman telekanalında debüt edəcək. Bu, saat 23:00-da başlayacaq İspaniya Primerosunun "Batis" - "Atletiko" matçıdı.

Xatırladaq ki, İsmayılın hazırda əsas iş yeri keçən ilin iyulundan yaranaraq işlədiyi "Neftçi TV"di. Bu üzdən o, "CBC Sport"da yalnız xarici matçları şərhçilik edəcək.